Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 213 milyon dollardan çox olub
Yanvar-sentyabr aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 213 milyon dollardan çox olub. Bu barədə Elitinfo.az-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 82,5 milyon dollar, ölkəmizdən Belarusa isə 131 milyon dollar təşkil edib. Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, […]
Continue readingElman Rüstəmov: “Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər”
“Azərbaycan və Ermənistan iqtisadiyyatları arasında kəmiyyət müqayisəsi aparsaq, deyə bilərik ki, bizim dövlət büdcəmiz Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) dəyərindən çoxdur, o cümlədən bizim xarici valyuta (qızıl) ehtiyatlarımız onların ehtiyatlarından 30 dəfə çoxdur”. Elitinfo.az xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. “Ermənistan xarici dövlət borcuna nəzarət edə bilmir, bu […]
Continue readingKOB-ların maliyyə resurslarına çıxış imkanları müzakirə olunub
Biznes planların düzgün hazırlanması, maliyyənin idarə edilməsi və hesabatlığın təmin olunması, kiçik və orta biznesin (KOB) maliyyə savadlığının artırılması mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Elitinfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, qurumun təşkilatçılığı, […]
Continue readingSOCAR Gürcüstanda sosial layihələrə 100 milyon dollara yaxın sərmayə qoyub
SOCAR Gürcüstanda sosial layihələrin reallaşdırılmasına 100 milyon dollara yaxın sərmayə qoyub. Elitinfo.az xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı SOCAR qarşısında xüsusi vəzifələr qoyub. SOCAR dövlətimizin başçısının tapşırıqlarını vaxtında və layiqincə yerinə […]
Continue readingKommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması gözlənilir
Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur. Elitinfo.az xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib. O qeyd edib ki, islahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmədə dayanıqlılığı və effektivliyi təmin edən tənzimləyicinin yaradılması da mühüm yer tutur. Bu aspektdə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs […]
Continue readingCəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlar törədərək Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin həmlələri dəf edilib və hazırda rəşadətli Azəbaycan əsgərləri tarixi torpaqlarımızı işğaldan azad edirlər. Ordumuzun uğurlu hərbi əməliyyatları qarşısında aciz qalan […]
Continue readingErmənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır
Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Elitinfo.az-a bildirilib ki, Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım […]
Continue readingBu il 65,6 min ton polipropilen ixrac olunub
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 65,6 min ton polipropilen ixrac edilib. Dövlət Gömrük Komitəsindən (DGK) Elitinfo.az-a bildirilib ki, hesabat dövründə ixrac edilən polipropilenin dəyəri isə 53 milyon ABŞ dolları olub. Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il […]
Continue readingKimya sənayesi məhsullarının ixracı azalıb
Yanvar-sentyabr aylarında Azərbaycandan 432,9 min ton kimya sənayesi məhsulları ixrac edilib. Dövlət Gömrük Komitəsindən (DGK) Elitinfo.az-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 60,2 milyon ABŞ dolları olub. Xatırladaq ki, keçən ilin eyni aylarında ölkədən ixrac olunan 376,5 min ton kimya məhsullarının dəyəri 76,6 milyon dollar təşkil etmişdi.
Continue reading“Azəriqaz” Tapqaraqoyunlu kəndi və Gəncə şəhərində təmir-bərpa işləri aparır
Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar təhlükəsizlik tədbiri olaraq sentyabrın 27-dən təbii qaz təchizatı dayandırılan Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində baş vermiş fəsadların ləğvi ilə bağlı bu gün təmir-bərpa işlərinə başlanılacaq. “Azəriqaz” İstehsalat Birliyindən Elitinfo.az-a bildirilib ki, oktyabrın 17-də düşmənin raket zərbələrinə məruz qoyduğu Gəncə şəhərindəki ərazilərdə də qaz təchizatının bərpa işləri aparılır. Xatırladaq ki, […]
Continue reading









