Yanvar-sentyabr aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 213 milyon dollardan çox olub.
Bu barədə Elitinfo.az-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 82,5 milyon dollar, ölkəmizdən Belarusa isə 131 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.