“Nar”dan koronavirusla mübarizə aparan həkimlərə növbəti rabitə dəstəyi
Koronavirus (COVID-19) infeksiyasının davam etdiyi müddətdə “Nar” virusla mübarizə aparan həkimləri növbəti dəfə pulsuz rabitə ilə təmin edib. Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahı əsasında COVID-19 infeksiyası ilə mübarizə aparan bir sıra xəstəxanaların həkimlərinin “Nar” nömrələrinin balansına 2 ay müddətində 50 AZN yüklənəcək. Məqsəd həkimlərin koronavirus infeksiyasına yoluxmuş şəxslərlə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir. Xatırladaq […]
Continue readingStartap komandası Azərbaycan Ordusuna dəstək məqsədilə təqdirəlayiq addım atıb
Ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İdeyadan Biznesə – İ2B” startap müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülmüş Azərbaycan Tibb Universitetinin “Palliativ+” startap komandası Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək olub. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, hər zaman insanların sağlamlığının qayğısına qalan “Palliativ+” üzvləri Azərbaycan Ordusunun şərəfli tarix yazdığı bir vaxtda müsabiqədə qazandıqları məbləğin […]
Continue readingYanvar-sentyabr aylarında dəmir yolu ilə 5,2 milyon ton yük daşınıb
Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 225 min 33 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 870,6 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən Elitinfo.az-a verilən məlumata görə, doqquz ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 600,8 min ton yükün dəyəri 318 milyon dollar təşkil edib. Qeyd […]
Continue readingCari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 493,7 milyon manatlıq məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən Elitinfo.az-a bildirilib ki, bu dövr ərzində metallurgiya sənayesi 74,9 faiz artıb, hazır metal məmulatlarının istehsalı sahəsi isə 2,1 faiz azalıb. Həmçinin metallurgiya sahəsi üzrə 25 min 531,9 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.
Continue readingLəğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib
Oktyabrın 21-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 304 əmanətçiyə 545,70 milyon manat kompensasiya ödənişi həyata keçirilib. Elitinfo.az Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 21-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” […]
Continue readingİşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək
İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib. Elitinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli […]
Continue readingSOCAR sosial şəbəkədə adı ilə əlaqələndirilən şəkillərə münasibət bildirib
Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adı ilə əlaqələndirilən müəyyən şəkillər yayılmaqdadır. Elitinfo.az-ın məlumatına görə, bunu “Facebook” sosial şəbəkəsində SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, şəklin birində iki əsgər sanki, cəbhədə və ya azad olunmuş ərazilərdə divarın qarşısında durub. Divarın üzərində isə “SOCAR 2020” yazılıb: “Əvvəla […]
Continue readingMərkəzi Bankın sədri Beynəlxalq Valyuta Fondunun toplantısında Qarabağ münaqişəsindən danışıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrlərinin iştirakı ilə videokonfrans formatında keçirilən toplantıda iştirak edib. AMB-dən Elitinfo.az-a bildirilib ki, toplantı pandemiya dövründə qlobal maliyyə sistemində çağırışlar, maliyyə sabitliyinin qorunması və iqtisadi bərpaya dəstək, maliyyə sektorunda həyata keçirilən dəstəkləyici siyasətlərlə bağlı fikir mübadiləsinə həsr […]
Continue readingMelioratorlar işğaldan azad olunmuş ərazilərdə subartezian quyularının bərpasına başlayıblar
İşğal altında olan bir sıra şəhər və kəndlərimiz Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatı nəticəsində azad olunub. Azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülür. Elitinfo.az xəbər verir ki, ərazilər azad olunandan sonra ilk olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cəbrayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa […]
Continue readingŞamaxıda doqquz ayda 2139 yeni iş yeri açılıb
Respublikamızda əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti, sahibkarlığın inkişafına verilən dəstək Şamaxı rayonunda da öz uğurlu nəticəsini göstərir. Təsadüfi deyil ki, təkcə cari ilin 9 ayında bölgədə 2139 yeni iş yeri açılıb. Rayon statistika idarəsindən Elitinfo.az-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, doqquz ayda yeni açılan iş yerlərinin hamısı daimidir. Təzə iş yerlərinin […]
Continue reading











