Ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İdeyadan Biznesə – İ2B” startap müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülmüş Azərbaycan Tibb Universitetinin “Palliativ+” startap komandası Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək olub.

Nazirlikdən Elitinfo.az-a bildirilib ki, hər zaman insanların sağlamlığının qayğısına qalan “Palliativ+” üzvləri Azərbaycan Ordusunun şərəfli tarix yazdığı bir vaxtda müsabiqədə qazandıqları məbləğin qalan hissəsini, yəni 800 manatını Fonda ianə ediblər.

Qrup üzvləri – layihə rəhbəri, tələbə İsmayıl Nəzərli, həkim-rezident Məhərrəm Alimli, tələbələr Etibar Abbasov, Qəmər Məmmədbəyli, Azad Kərimli və Ülkər Hüseynova öz təşəbbüsləri ilə bu addımı atıblar.