Dövlət Məşğulluq Agentliyi 14,5 milyon manatlıq tenderə yekun vurub
Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə aktivlərin (inventar, maşın və avadanlıqların) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Elitinfo.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “AZ Nest” QSC-dir. Qalib şirkətə 14 505,27 min manat ödəniləcək.
Continue reading“Azərbaycan Dəmir Yollarının 140 illiyi” medalı təsis edilib
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun imzalayıb. Elitinfo.az xəbər verir ki, Qanuna əsasən, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və yubiley medalının təsviri […]
Continue readingSOCAR 2021-ci ildə qazma işlərini azaldacaq
SOCAR-ın rəhbərliyi “OPEC+” çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılmasından irəli gələn məsələləri müzakirə edib. Şirkətdən Elitinfo.az-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin iştirakı ilə keçirilən iclasda “Azneft” İB-nin idarəetmə strukturunun yenidən təşkil olunması, pandemiya dövründə “OPEC+” razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn şirkətdaxili islahat və optimallaşdırma tədbirlərinin hazırkı statusu, eləcə də […]
Continue readingKOB inkişaf mərkəzlərinin vahid portalı sahibkarların istifadəsinə verilib
Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, həmçinin sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin biznes sahəsində təlimlər və məsləhət xidmətləri, şəbəkələşmə, təcrübə proqramları, maliyyə resurslarına çıxış və digər dəstəklər barədə məlumatlandırılması və təlimlər üçün KOB inkişaf mərkəzlərinin vahid onlayn platforması – “www.kobim.az” saytı istifadəyə verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Elitinfo.az-a bildirilib ki, KOBİA tərəfindən […]
Continue readingOktyabrda Gömrük Komitəsi büdcəyə 314,4 milyon manat köçürüb
Oktyabrda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 314 milyon 407 min manat olub. Komitədən Elitinfo.az-a bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 84 milyon 684 min manat, əlavə dəyər vergisi üzrə 214 milyon 940 min manat, aksizlər üzrə 11 milyon 929 min manat, yol vergisi üzrə isə 2 milyon 852 min […]
Continue readingNazir: Türkiyədən Naxçıvana dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır
Türkiyədən Naxçıvan istiqamətində dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Elitinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib. Nazir Azərbaycandakı yeni proseslərdən sonra Naxçıvan istiqamətində bir dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu və layihə işlərinin tamamlanmaq üzrə olduğunu bildirib.
Continue readingÖlkə üzrə internetin verilməsinə tətbiq olunan məhdudiyyət aradan qaldırılır
Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla noyabrın 12-də aradan götürüləcək. Elitinfo.azxəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib. Onun sözlərinə görə, ötən müddət ərzində internetin verilişinin […]
Continue readingNeft qiymətləri bahalaşır
Dünya birjalarında neft qiymətləri bahalaşıb. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar artaraq 44,12 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 41,88 dollar olub.
Continue reading“Kibertəhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə” mövzusunda vebinar təşkil olunub
Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə “Kibertəhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə” mövzusunda növbəti vebinar keçirilib. Assosiasiyadan Elitinfo.az-a bildirilib ki, vebinarın əsas məqsədi bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılması olub. Vebinar, həmçinin Azərbaycan Banklar Assosiasiyası 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan […]
Continue readingVüsal Qasımlı: Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək
Şuşa yenidən təkcə Azərbaycanda deyil, bütün Qafqazda yaradıcı sənayenin mərkəzinə çevriləcək. Elitinfi.az xəbər verir ki, bu barədə Şuşanın azad olunması münasibətilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib. İİTKM-in rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, yaradıcı və mədəniyyət sənayeləri dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir: […]
Continue reading






