Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə aktivlərin (inventar, maşın və avadanlıqların) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Elitinfo.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “AZ Nest” QSC-dir.

Qalib şirkətə 14 505,27 min manat ödəniləcək.