Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə “Kibertəhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə” mövzusunda növbəti vebinar keçirilib.

Assosiasiyadan Elitinfo.az-a bildirilib ki, vebinarın əsas məqsədi bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılması olub. Vebinar, həmçinin Azərbaycan Banklar Assosiasiyası 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, ödəniş ekosistemində rəqabətədavamlı məhsul və xidmətlərin təqdim edilməsi istiqamətində maarifləndirici tədbirlərin davamı olaraq təşkil edilib. Riskin idarə olunması sahəsində fəaliyyət göstərən bank əməkdaşlarının iştirakı ilə keçirilən vebinarda “Mastercard Advisors” qurumunun nümayəndələri Cihan Salihoğlu və Yaşar Yüzer təqdimatla çıxış edib.