Laçın rayonunun “Azersky” peykindən əldə edilmiş təsviri

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şücaətli Ordumuz sayəsində Azərbaycan bayrağı 28 ildən sonra yenidən Laçın rayonunda dalğalanır. Elitinfo.az xəbər verir ki, “Azərkosmos” ASC erməni işğalından azad olunduqdan sonra Laçın rayonunun “Azersky” peyki vasitəsilə çəkilmiş təsvirlərini təqdim edib. Laçın rayonu mühüm coğrafi mövqeyə malikdir: rayon ötən illər ərzində Ermənistanı Qarabağdakı separatçılar ilə birləşdirdiyi üçün […]

Continue reading

“Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb

  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb. Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. ASCO-dan Elitinfo.az-a bildirilib ki, gəmi üzrə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomotiv-avtovazlar sazlanıb. Bərənin suüstü hissəsi və vaqon […]

Continue reading

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

  Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” (İKZF) ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən Elitinfo.az-a bildirilib ki, emissiyanın həcmi 50 milyon manat, nominal dəyəri 1000 manat, hərrac qiyməti 1000 manat, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gün, tədavül müddəti 22 ildir. “İnvest-AZ İnvestisiya Şirkəti” QSC […]

Continue reading

Argentina şirkətləri “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağı (RTQ) ilə Argentinanın “UAB Ramchos”, “Proargex” və “Gemaco Group” şirkətlərinin nümayəndələri arasında onlayn konfrans keçirilib. İİTKM-dən Elitinfo.az-a bildirilib ki, konfransda “Azexport” portalı və RTQ-nin rəhbərləri Ayxan Qədəşov və Məsumə Talıbova Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yaradılan əlverişli biznes mühiti barədə xarici şirkətlərin […]

Continue reading

Azərbaycanın on ayda ən çox məhsul aldığı İƏT-ə üzv ölkələrin adları açıqlanıb

Azərbaycanın yanvar-oktyabr aylarında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb. Dövlət Gömrük Komitəsindən Elitinfo.az-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 1 milyard 271 milyon 921 min ABŞ dolları, İrandan 239 milyon 493 min, Qazaxıstandan isə 81 milyon 632 min dollar təşkil edib. Azərbaycan keçən […]

Continue reading

Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır

  Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən Elitinfo.az-a bildirilib ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır. Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Continue reading

Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib

  Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsində iştiraka dəvət olunub. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, nazir Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Qətər […]

Continue reading

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinə “Azərsu” tərəfindən içməli suyun verilməsinə başlanılıb. “Azərsu” ASC-dən Elitinfo.az-a bildirilib ki, dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri […]

Continue reading

Mərkəzi Bank 200 milyon manat cəlb edir

  Noyabrın 30-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. AMB-dən Elitinfo.az-a bildirilib ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-6,49 faiz təşkil edir.

Continue reading

“Maestro Niyazi” quru yük gəmisinin təmiri yekunlaşıb

  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Maestro Niyazi” quru yük gəmisinin təmiri yekunlaşıb. ASCO-dan Elitinfo.az-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Bundan başqa, gəminin sualtı […]

Continue reading