Azərbaycanın yanvar-oktyabr aylarında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən Elitinfo.az-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 1 milyard 271 milyon 921 min ABŞ dolları, İrandan 239 milyon 493 min, Qazaxıstandan isə 81 milyon 632 min dollar təşkil edib.

Azərbaycan keçən ilin müvafiq dövrünə nisbətən hər üç ölkədən idxalı azaldıb.