Ləğv olunmuş 4 bankın əmanətçilərinə 614 milyon manatdan çox kompensasiya ödənilib
Dekabrın 17-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 8 əmanətçiyə 614,2 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Elitinfo.az Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 17-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan […]
Continue reading“SOCAR Turkey” Avropadan qrant alacaq
“SOCAR Turkey” Ar-Ge (tədqiqat və inkişaf) Mərkəzinin konsentrasiya edilmiş günəş enerjisi texnologiyalarından istifadə olunmaqla karbon dioksiddən etanol/izopropanol kimi qiymətli kimyəvi maddələri istehsal edəcəyi “Nefertiti” layihəsi Avropa Komissiyasının “Üfüq 2020 Qrant Proqramı” tərəfindən maliyyələşdiriləcək. Şirkətdən Elitinfo.az-a bildirilib ki, güclü rəqabətin olduğu “Enerji sahəsi 2020” çağrışlarından qrant almaq hüququnu əldə edən konsorsiumdakı 10 beynəlxalq şirkətdən biri […]
Continue readingAzərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib
Dekabrın 16-17-də Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib. Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, 2 gün davam edən tədbirdə 30-dan çox ölkə və bir sıra beynəlxalq qurumlardan olan 100-dək nümayəndə iştirak edib. Tədbirin birinci günündə təşkilatın prosedur məsələləri nəzərdən keçirilib, ikinci gün isə “Hər kəs üçün enerji səmərəliliyi: İnnovasiyalar və investisiyalar” […]
Continue readingGürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda səfərdə olan prezidenti Rövnəq Abdullayev dekabrın 17-də bu ölkənin Baş Nazirinin səlahiyyətlərini icra edən Giorgi Qaxariya ilə görüşüb. Elitinfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat verib. Görüşdə Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. […]
Continue reading“Meqa” Sığorta Qrupu “YAŞAT” Fonduna 50 min manat vəsait ayırıb
Səhmdarı və təsisçisi “Meqa Sığorta” ASC olan “Meqa Həyat Sığorta” ASC İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna 50 min manat məbləğində ianə köçürüb. Üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərimizdə, suveren və […]
Continue reading“Bulla-dəniz”də yeni quyu yüksək hasilatla işə düşüb
“Bulla-dəniz” yatağında 122 nömrəli stasionar dəniz özülündən (SDÖ) qazılmış quyu yüksək hasilatla işə düşüb. Elitinfo.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb. Quyunun gündəlik təbii qaz hasilatı 700 min kubmetr təşkil edir. Qaz hasilatına uyğun kondensat hasilatı da kifayət qədər yüksəkdir. Qeyd edək ki, 2019-cu ilin fevral ayında “Bulla-dəniz” yatağında 122 nömrəli […]
Continue readingAzərbaycanın Avropa dəyər zəncirlərinə inteqrasiyasının gücləndirilməsinə dair müzakirələr aparılıb
Avropa İttifaqı Şurasına Almaniyanın sədrliyi çərçivəsində “Şərq Tərəfdaşlığı: biznes günləri” mövzusunda onlayn görüş keçirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Elitinfo.az-a bildirilib ki, görüşdə ölkəmizin Avropa dəyər zəncirlərinə inteqrasiyasının gücləndirilməsi məsələsi müzakirə olunub. İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların […]
Continue reading“Azərpoçt” işğaldan azad edilən ərazilərdə modul tipli poçt şöbələri açır
“Azərpoçt” MMC işğaldan azad edilən ərazilərdə modul tipli poçt şöbələri açır. Elitinfo.az xəbər verir ki, “Azərpoçt” MMC işğaldan azad olunmuş ərazilərdə “Modul tipli binaların (poçt şöbələrinin) yerləşdirilməsi”nin təmin edilməsi məqsədilə kotirovka sorğusu keçirir.
Continue readingSuqovuşan və Talış kəndlərinə gedən yolların asfaltlanmasına başlanılıb (FOTO/VİDEO)
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlanılıb. Agentlikdən Elitinfo.az-a verilən məlumata görə, ümumi uzunluğu 28.5 km olan […]
Continue readingŞuşa şəhəri ən qısa vaxtda dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək
Şuşa şəhəri ən qısa vaxtda dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək. “Azərişıq” ASC-nin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirilir. Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli […]
Continue reading

