Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən “YAŞAT” Fonduna ianə edilib.

Bu barədə Elitinfo.az-a komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda Vətən müharibəsində şücaətlə iştirak etmiş qəhrəmanlarımız və onların ailələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub.

Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları da ölkəmizin ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək olaraq “YAŞAT” Fonduna 200 min manat məbləğində ianə ediblər.