Samir Şərifov: İşğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinə 2021-ci ilin dövlət büdcəsində xüsusi önəm verilib
İşğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasına 2021-ci ilin dövlət büdcəsində xüsusi önəm verilib. Elitinfo.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, başa çatmaqda olan 2020-ci il Azərbaycanın dövlət müstəqilliyi tarixinə Qələbə ili […]
Continue readingƏmanətlərin Sığortalanması Fondu şəhid və yaralanan hərbçilərin kredit borclarını silib
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Zəfər yürüşü siyasi müstəvidə qazanılan Qələbə ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri, tarixi ədalət bərpa olundu. Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldərək bugünkü və gələcək nəsillərin qürur mənbəyinə çevrildi. Bu tarixi Qələbə unudulmaz […]
Continue readingSOCAR-ın təşkilatçılığı ilə Enerji Xartiyasının 44-cü Sənaye Məsləhət Paneli keçirilib
2020-ci il dekabrın 21-də SOCAR-ın təşkilatçılığı ilə Enerji Xartiyasının 44-cü Sənaye Məsləhət Paneli (IAP) keçirilib. Videokonfrans formatındakeçirilmiş tədbirdə Enerji Xartiyası Baş katibi Dr. Urban Rusnák daxil olmaqla yüksək səviyyəli nümayəndələr, həmçinin bir sıra enerji şirkətlərinin, birliklərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Elitinfo.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Keçid yanacağı kimi təbii […]
Continue readingBu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirəyə çıxarılacaq. Elitinfo.az xəbər verir ki, büdcə zərfinə daxil olan məsələlər öncə bu gün saat 11:00-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunacaq. Daha sonra isə gün ərzində parlamentin digər komitələrinin də iclası keçiriləcək. Müzakirələrdə dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi […]
Continue readingTürkiyə Azərbaycanla imzalanan Preferensial Ticarət Sazişi təsdiqlədi
Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişinin təsdiqlənməsinin uyğun görülməsi və Sazişin əlavələrinə dəyişikliklərin Türkiyə prezidenti tərəfindən birbaşa təsdiqlənməsinə dair səlahiyyət verilməsi ilə əlaqədar qanun layihəsi Böyük Millət Məclisində qəbul edilib. Elitinfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir. “Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox ölçülü və strateji səviyyədədir. Ortaq dil, mədəniyyət və tarixdən güc […]
Continue readingMərkəzi Bank: 830 şəhidə aid 1503 kredit üzrə borc və faizlər silinib
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri, tarixi ədalət bərpa edildi. Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltdi, bugünkü və gələcək nəsillərin qürur mənbəyinə çevrildi. Bu tarixi Qələbə unudulmaz […]
Continue readingQHT-lərə Dövlət Dəstək Şurası “ASAN Xidmət”lə əməkdaşlığa başlayır
Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının Katibliyi fəaliyyəti ilə bağlı yeni proqram təminatlarının yaradılması, o cümlədən proqram təminatı məhsullarının funksionallığının genişləndirilməsi və lazımi xidmətlərinin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Elitinfo.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət […]
Continue readingAzərbaycan Dəmir Yollarının kollektivi “YAŞAT” Fonduna könüllü ianə edib
“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları “YAŞAT” Fonduna 657 min 801 manat vəsait ayırıblar. Bu məbləğ dəmiryolçuların əməkhaqlarından edilən könüllü ayırmalar hesabına formalaşıb. QSC-nin mətbuat katibliyindən Elitinfo.az-a bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə toplanan vəsait artıq “Azərbaycan Dəmir Yolları” tərəfindən fondun hesabına köçürülüb. Şəhid ailələrinin və […]
Continue readingGürcüstan 11 ayda Azərbaycandan 1,449 milyard kubmetr həcmində təbii qaz alıb
Gürcüstan cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 1,449 milyard kubmetr həcmində təbii qaz alıb. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz azdır. Elitinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən məlumat verilib. Bildirilir ki, 2019-cu ildə Gürcüstan Azərbaycandan 285 milyon dollar dəyərində, 1,743 kubmetr həcmində təbii qaz almşdır. Bu […]
Continue readingAzərbaycanda SOCAR-ın 37-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Lerik rayonu, Piran kəndində “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bununla da respublikamızda “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-ə çatdırılıb. “SOCAR Petroleum” QSC-dən Elitinfo.az-a bildirilib ki, cənub bölgəsində, Lənkəran-Lerik İpək Yolu istiqamətində hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir. Yeni istifadəyə verilmiş məntəqədə 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. […]
Continue reading





