“Brent” neftinin qiyməti 54 dolları ötüb
Dünya birjalarında neft qiymətləri bahalaşır. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar artaraq 54,66 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 51,01 dollar olub.
Continue readingAzərbaycan nefti 4 % bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,02ABŞ dolları və yaxud 3,97 % artıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 52,94 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci […]
Continue readingTürkiyənin Azərbaycan ərazisindən keçmiş 2-ci ixrac qatarı Çinə çatıb
Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı artıq Sian şəhərinə çatıb. Bu barədə Elitinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC-dən bildirilib. Məlumata görə, blok qatarı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər Çin ilə Avropa arasında dəmir yolu üzrə yükdaşımaların mərkəzi rolunu oynayan Siana 16 günə […]
Continue readingMüflis olmuş 4 bankın əmanətçilərinə 616 milyon manat kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 178 əmanətçiyə 616 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Elitinfo.az Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 30-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən […]
Continue readingAzərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,08ABŞ dolları və yaxud 0,16 % azalıb. Elitinfo.azxəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 50,92 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin […]
Continue readingBakı-Naxçıvan-Bakı aviareysləri güclü duman səbəbindən həyata keçirilmir
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək. “Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə […]
Continue readingOPEC: 2021-ci ildə neftə tələbat artacaq
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə bu növ yanacağa olan tələbatın sutkalıq 5,9milyon barel artaraq 95,9 milyon barelə çatacağını gözləyir. Elitinfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Monitorinq Komitəsinin bazar günü keçirilən iclasından sonra bildirib. Onun sözlərinə görə, OPEC+ ölkələrinin 2020-ci ilin 3 dekabr tarixli […]
Continue readingSOCAR Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi açır
Ukraynanın paytaxtı Kiyev şəhərində yaxın günlərdə SOCAR şirkətinə məxsus yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayacaq. Artıq son tamamlanma işləri gedir. Bu barədə Elitinfo.az-a məxsusi olaraq SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”dən məlumat verilib. Yeni yanacaqdoldurma məntəqəsi avtomobillərin daha intensiv hərəkət etdiyi Stepan Bandera prospektində yerləşir. Bununla da “SOCAR Energy Ukraine”ın Kiyevdə yanacaqdoldurma məntəqələrinin sayı […]
Continue readingÖtən il “Qazprom”un qaz hasilatı 10 %-dək azalıb
“Qazprom” 2020-ci ildə 452,7 mlrd kubmetr qaz hasil edib. Şirkətin Müstəqil Dövlətlər Birliyi (MDB) xaricindəki ölkələrə ixracatı 179,3 mlrd kubmetr təşkil edib. Elitinfo.az “TASS”a istinadən xəbər verir ki, bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller deyib. 2019-cu ilin sonunda şirkətin qaz hasilatı 500,1mlrd kubmetr təşkil edib. MDB xaricindəki ölkələrə (Çin də daxil olmaqla) ixrac […]
Continue readingKOBİA-ya məxsus şirkətin nizamnamə kapitalı bir qədər də artırılıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC-nin nizamnamə kapitalı daha 3,5 milyon və yaxud 4,5 dəfə artırılıb. Elitinfo.az xəbər verir ki, şirkətin kapitalı 1 milyon manatdan 4,5 milyon manata çatdırılıb. Xatırladaq ki, sözügedən şirkət 2019-cu ilin noyabr ayında yaradılıb. Kommersiya qurumu KOBİA-nın dəstəyi […]
Continue reading










