Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO

  Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ötən əsrin 70-ci illərində o vaxtkı […]

Continue reading

İqtisadiyyat Nazirliyi Qarabağın bərpası üçün konsepsiya hazırlayır

  “İşğaldan azad edilmiş Qarabağ bölgəsi vaxtilə Azərbaycan iqtisadiyyatında xüsusi çəkiyə malik olub”. Bunu Elitinfo.az-a açıqlamasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib. “İşğalın davam etdiyi 28 il ərzində həm sosial-iqtisadi, həm də ekoloji baxımından çox ciddi ziyanlar müşahidə edilib. Belə ki, Qarabağda 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi tamamilə dağıdılıb, həmçinin […]

Continue reading

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılır

Azərbaycan Mərkəzi Bankı (AMB) idarə heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib. Bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, cash-in/cash out aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və […]

Continue reading

Ötən ilin 11 ayında paytaxtda sənaye istehsalının həcmi açıqlanıb

2020-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 27 mlrd manat təşkil edib. Bu barədə Elitinfo.az-a Bakı şəhər Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, sənaye məhsulunun 73,9 %-i mədənçıxarma, 23,2 %-i emal, 2,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların […]

Continue reading

MİDA şəhid olan 2 hərbi qulluqçunun ailələrinə güzəştli mənzillər təqdim edib

  Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə diqqət və qayğı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının rəhbərliyi ilə bu kateqoriyaya aid olan insanların sosial müdafiəsinin gücləndirilməsi, müavinət və ya pensiya ilə təmin […]

Continue reading

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

  Azərbaycan neftinin qiyməti ucuzlaşır. Elitinfo.az  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 54,70 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Continue reading

Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi

  Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən rayon ərazisində 2 küçədə apardığı təmir işlərini yekunlaşdırıb. İmzalanan sərəncama əsasən, Pirallahı rayonunun Süleyman Bağırov və Gənclik küçələrində aparılan təmir işləri artıq bitib. Süleyman Bağırov küçəsinin uzunluğu 2.9 […]

Continue reading

SOCAR daha 100 milyon dollarlıq istiqraz buraxır

Dövlət Neft Şirkəti (SOCAR) bu il daha 100 milyon ABŞ dolları məbləğində istiqraz buraxmağı planlaşdırır. Elitinfo.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söhbət 2016-cı ildə reallaşdırılmış ilk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir. İstiqrazlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” […]

Continue reading

Nazir: Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr Azərbaycan təbii qazı ixrac edilir

Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr Azərbaycan təbii qazı ixrac olunur. Elitinfo.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib. “OPEC+” məhdudiyyətləri çərçivəsində neft hasilatımız keçən il 8,2 faiz azalıb. Amma, eyni zamanda, qaz hasilatı artıb və xüsusilə də qaz […]

Continue reading

Hərbçilərə mənzillərin verilməsi üçün 35 milyon manat vəsait ayrılıb

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər ərzində vəsaitlər ayrılır və bu il də bu məqsədlərə 35 milyon manat vəsait ayrılıb. Elitinfo.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib. “Digər tərəfdən, bəzi dövlət şirkətlərinin əhaliyə göstərdiyi xidmətlərin subsidiyalaşdırılmış qiymətlərlə […]

Continue reading