İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC-nin nizamnamə kapitalı daha 3,5 milyon və yaxud 4,5 dəfə artırılıb.

Elitinfo.az xəbər verir ki, şirkətin kapitalı 1 milyon manatdan 4,5 milyon manata çatdırılıb.

Xatırladaq ki, sözügedən şirkət 2019-cu ilin noyabr ayında yaradılıb. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.