Cari ilin yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 824,6 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 545,2 milyon ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən Elitinfo.az-a verilən məlumata görə, on bir ayda dəniz nəqliyyatı ilə ixrac olunan 244,6 min ton yükün dəyəri 79,4 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 580 min tondan çox, dəyəri isə 465,8 milyon dollar olub.