“Brent” neftinin qiyməti son bir ildə ilk dəfə 60 dolları ötüb

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 60 dolları keçib. Elitinfo.az xəbər verir ki, qiymətlər neft bazarındakı müsbət inkişaflar, intizamlı istehsal və tələbatdakı artımın yaratdığı nikbin gözləntilər fonunda bahalaşır. Qeyd edək ki, “Brent”in qiyməti sonuncu dəfə ötən il yanvar ayının sonlarında 60 dollardan baha satılmışdı. Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 60,13 dollara, “Light” […]

Continue reading

SOCAR: Korporativ nüfuzumuzdan sui-istifadə etmək məqsədilə socar.space səhifəsini açmış şəxslərə qarşı hüquqi tədbirlər görüləcək

  İnternetdə socar.space ünvanında açılmış saytın desktop versiyasında Gazprom şirkəti, mobil versiyasında isə SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur. Elitinfo.az Dövlət Neft Şirkətinin saytına istinadla xəbər verir ki, SOCAR tam qətiyyətlə socar.space saytı ilə heç […]

Continue reading

Azərbaycanın ötən il xaricə təbii qaz satışı 15,6 faiz artıb

  Azərbaycan keçən il xaricə təbii qaz satışını 15,6 faiz artırıb. Elitinfo.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, 2020-ci ildə ölkədə 37,1 milyard kubmetr (proqnozdan 1 milyard kubmetr, yəni 2,6 faiz az) qaz hasil edilib. Əvvəlki ilə görə isə 1,5 milyard kubmetr, yəni 4,2 faiz çox qaz hasil olunub. Qaz həcmlərinin 7,3 milyard kubmetri SOCAR-ın, […]

Continue reading

KOBİA Gənclər Təşkilatları Milli Şurası ilə əməkdaşlıq imkanlarını müzakirə edib

  Gənclər arasında sahibkar düşüncə tərzinin təşviqi, biznesin qurulması və inkişafı üçün KOB subyektlərinə, o cümlədən gənclərə müxtəlif dəstək və xidmətlərin göstərilməsi istiqamətində Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında əməkdaşlıq imkanları müzakirə olunub. Kiçik və Orta Biznesin İnkişaf Agentliyindən Elitinfo.az-a bildirilib ki, NAYORA, KOBİA və […]

Continue reading

Azərbaycan neftinin qiyməti 60,5 dolları ötüb

“Azeri Light” nefti sonuncu dəfə keçən il fevralın 22-də 60 dollardan baha satılmışdı Azərbaycan neftinin qiyməti bahalaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,12 dollar artaraq 60,51 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin qiyməti sonuncu dəfə ötən il fevralın 22-də 60 dollar/barreli keçmişdi. “Azeri Light” neftinin bir barrelinin […]

Continue reading

“Azeri Light” neftinin bir barreli 59,39 dollara satılır

  Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 59,39 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Continue reading

Şuşadakı İsa bulağına yeni avtomobil yolu çəkiləcək – RƏSMİ

İşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək. Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli – Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək: “Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik […]

Continue reading

BP özü və tərəfdaşları ilə birgə 2020-ci ildə Azərbaycandakı layihələrə 7,47 milyon dollar sərf edib

  BP ötən il Azərbaycanda sponsorluq layihələrinə 4,24 milyon ABŞ dolları vəsait xərcləyib. “BP Azerbaijan” şirkətindən Elitinfo.az-a bildirilib ki, il ərzində isə BP və onun əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 3,23 milyon dollar vəsait sərf edib. Beləliklə də, BP həm özü, həm də tərəfdaşları ilə birgə keçən il Azərbaycandakı layihələrə 7,47 […]

Continue reading

Keçən il Səngəçal terminalından 17,8 milyard kubmetrdən çox “Şahdəniz” qazı göndərilib

  2020-ci ildə Səngəçal terminalından 17,8 milyard kubmetrdən çox “Şahdəniz” qazı ixrac edilib. Elitinfo.az xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Qeyd edək ki, keçən il terminaldan gündəlik orta hesabla 49 milyon standart kubmetr (1 milyard 720 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub. İl ərzində “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarından neft […]

Continue reading

Azərbaycan neftinin qiyməti 60 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşır. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,03 dollar artaraq 59,51 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Continue reading