Azərbaycan Mərkəzi Bankı (AMB) Qarabağda maliyyə-bank infrastrukturunu formalaşdırmaq niyyətindədir.

Elitinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.

“AMB işğaldan azad edilmiş rayonlarda iki nümayəndəlik açacaq. Bununla bağlı artıq bank sektoru ilə geniş müzakirələr aparmışıq. Mərkəzi Bankın orada iki böyük ərazi idarəsi olacaq. Bu idarələrdən birinin Şuşada olmasını çox istərdik”, – deyə E.Rüstəmov qeyd edib.