Neft qiymətləri ucuzlaşıb

  Dünya birjalarında neft qiymətləri ucuzlaşır. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar geriləyərək 63,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,84 dollar ucuzlaşaraq 60,61 dollar olub.

Continue reading

Birjalarda neft qiymətləri

  Dünya birjalarında neft qiymətləri bahalaşır. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,11 dollar artaraq 64,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,28 dollar bahalaşaraq 61,44 dollar olub.

Continue reading

Azərbaycan gündəlik neft hasilatını növbəti üç aylıq qrafik üzrə ümumilikdə 25 min barrel artıracaq

  “OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib. Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min […]

Continue reading

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

  Aprelin 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən Elitinfo.az-a bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 7,5 faiz, tədavül müddəti 1092 gündür. İstiqrazlar 2023-cü il aprelin 2-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış […]

Continue reading

Azərbaycan nefti 64 dollardan baha satılır

  Azərbaycan neftinin qiyməti bahalaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar artaraq 64,03 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.  

Continue reading

Nazir: 2002-2020-ci illərdə 38 mindən çox sahibkara güzəştli kredit verilib

  2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən çox sahibkara 2,6 milyard manat güzəştli kredit verilib. Elitinfo.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, 173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Continue reading

Sahibkarlara listinqin üstünlükləri barədə məlumat veriləcək

  Martın 30-da, saat 11:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə kiçik və orta biznes (KOB) subyektləri üçün “Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans keçiriləcək. KOBİA-dan Elitinfo.az-a bildirilib ki, tədbirin təşkilində məqsəd sahibkarlara kapital bazarından maliyyələşmənin və fond birjasında […]

Continue reading

​​​​​​​”Azərişıq” 9 milyon manatlıq 2 tenderə yekun vurub

“Azərişıq” ASC “ASAN xidmət” mərkəzlərindəki layihələri üçün mal-materialların (1), eləcə də elektrik avadanlıqlarının məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. Elitinfo.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Meqaplus” firması və “Sabah Construction” MMC-dir. Qalib şirkətlərə müvafiq olaraq […]

Continue reading

Neftin qiyməti ucuzlaşıb

  Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1 dollar ucuzlaşaraq 63,57 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,12 dollar azalaraq 59,85 dollar təşkil edib.

Continue reading