Cari ildə qlobal neft tələbatı əvvəlki ilə görə 5,5 milyon barrel (6 faiz) artaraq gündəlik 96 milyon 500 min barrelə çatacaq.

Elitinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA-ya görə, Asiya, Avropa və ABŞ-da soyuq hava şəraiti səbəbindən ilin ilk rübündə neft tələbatı gözləniləndən daha yüksək olub.
Bu il sutkalıq tələbatın 35 milyon 800 min barreli Asiya-Sakit Okean bölgəsində, 30 milyon 100 min barreli Amerika qitəsində, 13 milyon 900 min barreli isə Avropada formalaşacaq.
Güclü iqtisadi dəstəklə yeni növ koronavirusa qarşı vaksinasiya prosesinin bu ilin ikinci yarısında neftə olan tələbatın artmasına dəstək verəcəyi gözlənilir.