Yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Elitinfo.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 67 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanı ilə 3 milyon dollar, BƏƏ ilə 2,7 milyon dollar olub. İran və Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünə nisbətən artıb, BƏƏ ilə azalıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 63,4 milyon dollar, Səudiyyə Ərəbistanından 2,7 milyon dollar, BƏƏ-dən isə 2,2 milyon dollar təşkil edib. İran və Səudiyyə ilə idxal əməliyyatları artıb, BƏƏ ilə azalıb.