Beynəlxalq Türk Akademiyası tərəfindən Gəncədə beynəlxalq konfrans keçiriləcək

  COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, yaxın vaxtlarda Nizami Gəncəvinin doğulduğu Gəncə şəhərində Beynəlxalq Türk Akademiyası tərəfindən daha bir beynəlxalq konfransın təşkili istiqamətində hazırlıq gedir. Elitinfo.az xəbər verir ki, bu bərədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Akademiya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə “Nizami Gəncəvi 880: Dünya irsinə töhfəsi” adlı birgə veb-konfransda açıqlama […]

Continue reading

Dövlət Rəsm Qalereyası “Yeddi Gözəl” adlı virtual sərgi təşkil edib

  Azərbaycan Dövlət Rəsm Qalereyası “Nizami Gəncəvi İli” çərçivəsində “Yeddi Gözəl” adlı virtual sərgi təşkil edib. Qalereyadan Elitinfo.az-a bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə reallaşıb. Sərgidə bir sıra rəssamın müxtəlif mövzulu əsərləri nümayiş edilir.

Continue reading

Bu gün Yel çərşənbəsidir

  Hər il Novruz bayramı ərəfəsində xalqımız dörd çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edir. Elitinfo.az xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə […]

Continue reading

Azərbaycanlı şairin Rəcəb Tayyib Ərdoğana ad günü hədiyyəsi

  Azərbaycan və Türkiyə eyni tarixi, eyni dili və mədəniyyəti bölüşən bir millətin iki dövlətidir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin getdikcə güclənməsi, dünyada söz sahiblərindən biri olması bizi də sevindirir, gücümüzə güc qatır. Qarabağ münaqişəsi başlandığı gündən Türkiyə həmişə yanımızda olub. Xüsusən 44 günlük Vətən müharibəsi zamanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla […]

Continue reading

Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssələrinin monitorinqlərinə başlanılıb. Nazirlikdən Elitinfo.az-a verilən […]

Continue reading

“Space”ə yeni rəhbər TƏYİN EDİLDİ

  “Space” TV-yə yeni rəhbər təyin olunub. Elitinfo.az xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib. Qeyd edək ki, K.Şahverdiyev bu təyinatadək “Space” TV-də icraçı direktor vəzifəsində çalışırdı. K.Şahverdiyev görkəmli sənətkar Rəşid Behbudovun kürəkənidir. O, həm də Rəşid Behbudov Fondunun direktorudur. Telekanalın keçmiş rəhbəri Vaqif Mustafayev fevralın 5-ində tutduğu vəzifədən azad edilib.

Continue reading

MİHİ Respublika Komitəsinin sosial tərəfdaşı olan Mədəniyyət Nazirliyi ilə ikitərəfli kollektiv sahə sazişinin bağlanılması müzakirə olunub

  Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin sədri Cəmilə Səttarova arasında onlayn görüş keçirilib. Elitinfo.az xəbər verir ki, görüşdə MİHİ Respublika Komitəsinin sosial tərəfdaşı olan Mədəniyyət Nazirliyi ilə ikitərəfli kollektiv sahə sazişinin bağlanılması müzakirə olunub. Onlayn görüşdə ittifaq üzvlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, əmək hüquqlarının qanunvericilikdə və […]

Continue reading

Mədəniyyət Nazirliyi: “Qarabağ inciləri” kompozisiyası Fikrət Əmirovun əsəri deyil

Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. Elitinfo.az xəbər verir ki, məlumatda deyilir: “Uzun müddətdir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara […]

Continue reading

Heydər Əliyev Sarayı ilə Rusiya Dövlət Akademik Böyük Teatrı arasında əməkdaşlıq müzakirə olunub

    Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Rusiya Dövlət Akademik Böyük Teatrının baş direktoru Vladimir Urin arasında videokonfrans formatında görüş keçirilib. Saraydan Elitinfo.az-a bildirilib ki, Ramil Qasımov Azərbaycan və Rusiya mədəni əlaqələrinin əhəmiyyətindən danışıb, iki ölkə arasında mövcud qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də artan xətt üzrə […]

Continue reading

Mədəniyyət Nazirliyinin 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib

  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib. Elitinfo.az xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov iclası açaraq kollegiya üzvlərini salamlayıb, ötən ilin mədəniyyət mənzərəsinə nəzər salıb. İl ərzində Mədəniyyət Nazirliyi tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən layihələrin pandemiya […]

Continue reading