Azərbaycan Dövlət Rəsm Qalereyasının layihəsi olan “Azərbaycan rəssamlarının vahid informasiya bazası” elektron resursuna rəssamların əlavə edilməsi və təkmilləşmə prosesləri davam edir.

Dövlət Rəsm Qalereyasından Elitinfo.az-a bildirilib ki, rəssamların vahid informasiya bazasında onların yaradıcılığını əhatə edən məlumat və əsərlərin olması üçün təqdim edilən anketi doldurub, resmqalereya@gmail.comadresinə göndərmək xahiş olunur.