Azərbaycan Milli Xalça Muzeyi Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransa ərizə qəbulu elan edir.
Muzeydən Elitinfo.az-a bildirilib ki, bu ilin payızında təşkil ediləcək konfransa sənətşünaslar və rəssamlar qatıla bilərlər.
Konfransa material qəbulu üçün son tarix aprelin 30-dək başa çatacaq.
Ətraflı məlumatı info.carpetmuseum@gmail.comünvanına suallar göndərməklə əldə etmək olar.