“Biz yaradıcı insanların Prezident İlham Əliyev kimi böyük dayağı var” – Əliqismət Lalayev
Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə bugünkü diqqət və qayğısı ulu öndər Heydər Əliyevin yoludur. Ulu Öndər mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğısını heç vaxt əsirgəməyib. Həmişə aktyorlarla, rəssamlarla, rejissorlarla və digər yaradıcı insanlarla görüşərək problemləri ilə maraqlanıb. Biz də həmişə fəxr etmişik ki, bizim belə bir Prezidentimiz var. Başqa ölkələrdən olan həmkarlarımızla […]
Continue readingXalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
Fevralın 13-də Azərbaycan Yazıçılar Birliyində Xalq şairi, ədəbiyyatşünas alim Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə əlaqədar “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib. Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb. AYB-in sədri, Xalq yazıçısı Anar tədbiri açaraq bənzərsiz şair, dramaturq, istedadlı ədəbiyyatşünas alim, […]
Continue readingBəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçiriləcək
Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə fevralın 13-ü Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçiriləcək. Panel saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq. Paneli giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayacaq. Ardınca TİKA Bakı koordinatoru […]
Continue readingİncəsənət məktəbinin şagirdləri Qara Qarayevin ev-muzeyində olublar
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət Məktəbi Xalq artisti Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə bəstəkarın adını daşıyan muzeydə tədbir keçirib. Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə muzeyin əməkdaşı şagirdləri ev-muzeyi ilə tanış edərək bəstəkarın həyatı və zəngin yaradıcılığı haqqında məlumat verib. Muzeyin direktoru, bəstəkarın qızı Züleyxa […]
Continue readingCəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi qeyd edilib
Fevralın 11–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Baş İdarədən bildirilib ki, tədbiri Mədəniyyət evinin direktoru Cabbar Süleymanov açaraq böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib. Sonra yazıçı, dramaturq […]
Continue reading“Geniş islahatlar aparılacaq…” – Əbülfəs Qarayev
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq. Bu fikirləri mədəniyyət naziri Əbülfəs Qarayev Tovuz şəhərində vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında deyib. Bildirib ki, aparılacaq islahatlarda, ilk növbədə, insan faktoru diqqətdə saxlanılacaq. “İnsanların öz […]
Continue readingXalq artisti Tofiq Tağızadənin xatirəsi yad edilib
Fevralın 7-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə əklil və tər çiçəklər düzüblər. Anım mərasimində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova qeyd edib ki, Prezident […]
Continue readingAzTV-də Bədii Şura yaradıldı – Üzvlər seçildi -SİYAHI
Fevralın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. AzTV-nin mətbuat xidmətindən bildirilib ki, məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin […]
Continue readingAzərbaycan kitabxanası “Biblioaxtarış” sistemindən istifadə edəcək
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) “Biblioaxtarış” (Библиопоиск) axtarış sistemindən istifadə etmək hüququ verilib.MKS-dən Elitinfo.az-a bildirilib ki, sözügedən axtarış sistemində məlumatlar xronoloji ardıcıllıqla 1600-cü ildən bu günə qədər toplanılıb. Bu sistem kitab və sənəd haqqında məlumatların daha asan yolla, tez tapılması üçün müasir və rahat axtarış sistemidir. Burada məlumatları həm onlayn rejimdə oxumaq, həm də […]
Continue readingDinara Əliyevanın iştirakı ilə Böyük Teatrda “Bohema” operası oynanılacaq
Martın 28-dən 31-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Puççininin “Bohema” operası nümayiş etdiriləcək. Elitinfo.az teatrın saytına istinadla xəbər verir ki, martın 28-də və 30-da səhnə əsərində Miminin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva səsləndirəcək. Xatırladaq ki, həmvətənimiz “Bohema” operasında Myuzetta obrazını da məharətlə yaradıb. 2009-cu ildən Böyük Teatrın solisti olan Dinara Əliyeva İtaliya, Fransa, Yunanıstan, […]
Continue reading










