Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) “Biblioaxtarış” (Библиопоиск) axtarış sistemindən istifadə etmək hüququ verilib.MKS-dən Elitinfo.az-a bildirilib ki, sözügedən axtarış sistemində məlumatlar xronoloji ardıcıllıqla 1600-cü ildən bu günə qədər toplanılıb.

Bu sistem kitab və sənəd haqqında məlumatların daha asan yolla, tez tapılması üçün müasir və rahat axtarış sistemidir. Burada məlumatları həm onlayn rejimdə oxumaq, həm də köçürmək imkanı yaradılıb. Axtarışın nəticələrini sosial şəbəkələrdə də paylaşmaq mümkündür.

Azərbaycan kitabxanalarında bu sistemin istifadəsi kitabxanaların müasir informasiya texnologiyalarına yaxınlaşması üçün mütərəqqi addımdır.

Rus və ingilis dillərini dəstəkləyən sistemdən hazırda Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və bir sıra xarici ölkələrin kitabxanaları istifadə edirlər.