“Sonuncu” filmi bir sıra beynəlxalq festivallarda çıxış edəcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunan “Sonuncu” sənədli filmi bir sıra beynəlxalq festivallarda ölkəmizi təmsil edəcək. “Azərbaycanfilm” kinostudiyasından Elitİnfo–a bildirilib ki, hazırda MDB ölkələrinin kinematoqrafçıları arasında 6-cı “Eurasia.Doc” festivalı keçirilir. “Sonuncu” sənədli filmi festivalın əsas beynəlxalq müsabiqə proqramının “Avrasiya qitəsi” tematik bölməsində iştirak edir. “Sonuncu”nun növbəti […]
Continue readingVətən müharibəsi şəhidi Ceyhun Həsənova həsr olunmuş videoçarx təqdim edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Əsgərlərinə örnək kapitan Ceyhun Həsənov” adlı videoçarx hazırlayıb. İdarədən Elitinfo.az-a bildirilib ki, Vətən müharibəsi şəhidi Ceyhun Həsənovun şərəfli ömür yolundan bəhs olunan videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim olunub. Videoçarxda qeyd edilir ki, Ceyhun Həsənov 29 oktyabr 1985-ci ildə Tovuzun Çeşməli kəndində doğulub. Sonra […]
Continue readingMilli Xalça Muzeyində sərgisi açılacaq
Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılışı olacaq. Muzeydən Elitinfo.az-a bildirilib ki, layihə bu ilin yayında Kazan Kremli Muzey-Qoruğunda (Tatarıstan) nümayiş etdirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu, Tatarıstan Respublikasının paytaxtında Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olub. Azərbaycan xalçalarının ən dolğun […]
Continue readingÜzeyir musiqisinin sədaları Şuşa dağlarından hər tərəfə yayıldı
Sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirilib. Elitinfo.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən nümayəndə heyətinin üzvləri Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət edib, tanınmış şuşalılar Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün […]
Continue readingAnar Kərimov Özbəkistanda bir sıra görüşlər keçirib
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda bir sıra görüşlər keçirib. Sentyabrın 15-də Anar Kərimov Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşüb. Mədəniyyət Nazirliyindən Elitinfo.az-a bildirilib ki, nümayəndə heyətini salamlayan Baş nazirin müavini əsrlərlə dost və qardaşcasına yaşayan Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham […]
Continue readingKiyevdə Azərbaycan filminin tanınmış siması mükafatlandırılıb
Kiyevdə Azərbaycanın sevilən “Telefonçu qız” filminin Mehriban obrazını canlandıran Ukraynanın Xalq artisti Raisa Nedaşkovskayaya daha bir mükafatın təqdim etmə mərasimi baş tutub. Yerli mətbuatın məlumatına görə, Raisa Nedaşkovskaya teatr sənətinin inkişafındakı xidmətinə görə “Kiyevskaya Pektoral” mükafatına layiq görülüb. Mükafat mərasimindən öncə Kiyevin bir neçə teatrlarının aktyorları tərəfindən səhnəciklər göstərilib. Mükafat təqdim edildikdən sonra çıxış edən R.Nedaşkovskaya göstərdikləri […]
Continue readingAzərbaycanda “Zəfər xalçası” hazırlanacaq
“Azərxalça” ASC-nin elan etdiyi “Zəfər” kolleksiyası müsabiqəsinin seçmə mərhələsi başa çatıb. Elitinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Xatuna Abdullayeva bildirib. Onun sözlərinə görə, müsabiqəyə müraciət etmiş çoxsaylı gənclərdən yalnız 14 nəfər 1 ay davam edəcək təlimlərin iştirakçısı olmaq şansı qazanıb: “Mərhələni keçən gənclərə yerli və xarici təlimçilər iki mərhələli – həm nəzəri, […]
Continue readingMilli Xalça Muzeyinin direktoru beynəlxalq festivalda məruzə ilə çıxış edib
Latviyanın Gulbene şəhərində “Divi Juliji” adlı IV Beynəlxalq İncəsənət Festivalı keçirilir. Festival bu şəhərdə anadan olmuş tanınmış iki rəssam – Yulius Straume və Yulius Madernieksin xatirəsinə həsr olunur. Milli Xalça Muzeyindən Elitinfo.az-a bildirilib ki, iyulun 30-da festival çərçivəsində Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyində IV Beynəlxalq elmi-praktiki konfrans təşkil olunub. Tədbirdə Azərbaycan Milli Xalça […]
Continue readingFlora Kərimova “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.
Continue readingMilli Mətbuat Günü münasibətilə onlayn viktorina keçiriləcək
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 22 iyul – Milli Mətbuat Günü münasibətilə onlayn viktorina keçirəcək. Eliinfo.az xəbər verir ki, əsas məqsəd Azərbaycanda milli mətbuat tarixinin keçdiyi şərəfli yolu öyrətmək və gənclər arasında bu sahəyə maraq oyatmaqdır. Viktorinanın sualları iyulun 22-də saat 14:00-dan 14:30-dək Respublika Uşaq Kitabxanasının www.clb.az internet ünvanında, feysbuk və instaqram sosial şəbəkələrindəki […]
Continue reading




