Şuşanın komandası növbəti mövsümdən Region Liqasında çıxış edəcək
İşğaldan azad olunmuş şəhər və rayonları təmsil edən futbol komandaları yaradılacaq. Elitinfo.az AFFA-ya istinadla xəbər verir ki, müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən komandalar növbəti mövsümdən Region Liqası turnirində iştirak edəcək.
Continue readingAzərbaycan güləşçiləri Moskva Qran-Prisində 5 medal qazanıblar
Noyabrın 8-də Rusiyada keçirilən güləş üzrə Moskva Qran-Prisinə yekun vurulub. Elitinfo.az xəbər verir ki, güləşin bütün növləri üzrə təşkil olunan turnirdə ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləş yığmamızın bir neçə üzvü təmsil edib. Olimpiya çəki dərəcələri üzrə keçirilən yarışda güləşçimiz Şamil Zubairov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək […]
Continue readingAzərbaycan Premyer Liqası: “Keşlə” “Qəbələ”ni məğlub edib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. Elitinfo.az xəbər verir ki, günün ilk matçında “Keşlə” öz meydanında “Qəbələ”ni qəbul edib. “ASK Arena” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 13-cü dəqiqədə açılıb. “Qəbələ”nin oyunçusu Nikolas Rajsel fərqlənib. Görüşün 41-ci dəqiqəsində “Keşlə” hesaba tarazlıq gətirib. Sezar […]
Continue readingMonteneqro yığmasının Azərbaycan millisi ilə görüş üçün heyəti açıqlanıb
Futbol üzrə Monteneqro yığmasının Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının oyunu üçün heyəti açıqlanıb. Elitinfo.az xəbər verir ki, heyətdə qapıçılar – Daniyel Petkoviç, Milan Miyatoviç, Miloş Draqoyeviç, müdafiəçilər – Stefan Saviç, Marko Simiç, Jarko Tomaşeviç, Adam Maruşiç, Saşa Baliç, Risto Radunoviç, İqor Vuyaçiç, Momçilo Raspopoviç, Miloş Miloviç, yarımmüdafiəçilər – Nikola Vukçeviç, Vladimir Yovoviç, Neboyşa Kosoviç, […]
Continue readingQurban Qurbanov: Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir
Hər iki komandanın xalı yoxdur. Matç bizim və rəqib üçün vacibdir. “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay bildirib ki, ciddi hazırlaşıblar və qələbə üçün hər şeyi edəcəklər. Bu fikirlər bizdə də var. Bu gün Türkiyə Super Liqası ilə Azərbaycan Premyer Liqasının arasında fərq böyükdür. Elitinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA […]
Continue readingGüləşçilərimiz Moskva Qran-Prisində mübarizə aparacaqlar
Noyabrın 7-də Rusiyada güləş üzrə Moskva Qran-Prisi start götürəcək. Elitinfo.az xəbər verir ki, iki gün davam edəcək yarışa sərbəst güləşçilərdən ibarət yığmamızın Dağıstanda olan üzvləri qatılacaqlar. Turnirdə İslam Bazarqanov (57 kq), Davud İbrahimov (65 kq), Osman Nurməhəmmədov (86 kq), Şamil Zubairov (97 kq) və İslam Abuyev (125 kq) böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında mübarizə […]
Continue readingAzərbaycan samboçuları dünya çempionatında iştirak etməyəcəklər
Noyabrın 5-dən 8-dək Serbiyada sambo üzrə dünya çempionatı təşkil ediləcək. Elitinfo.az xəbər verir ki, Azərbaycan komandası bu yarışda iştirak etməyəcək. Bir sıra milli komandalar kimi, yığmamızın da turnirə qatılmamasının səbəbi Avropadakı qeyri-sabit epidemioloji vəziyyət göstərilir. Dünya çempionatında 30 ölkədən 400-dən çox idmançı mübarizə aparacaq.
Continue readingYığmamız MOİK-ə məğlub olub
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Elitinfo.az AFFA-ya istinadla xəbər verir ki, MOİK-lə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.
Continue reading“Sivasspor” komandası “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq
Türkiyənin “Sivasspor” klubu UEFA Avropa Liqasının “I” qrupunun üçüncü turunda “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq. Elitinfo.az xəbər verir ki, klubun rəsmi saytı 4 futbolçunun Ağdam təmsilçisi ilə matçı buraxacağını yazıb. Sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb. Sağ dizində problem […]
Continue readingFIDE-nin reytinq cədvəlində ilk onluqda iki şahmatçımız yer alıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq çədvəlini açıqlayıb. Elitinfo.az xəbər verir ki, ilk onluqda ötən ayda olduğu kimi Azərbaycanın 2 şahmatçısı yer alıb. Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək 8-ci sıraya düşüb. Onun hesabında 2770 xal var. Teymur Rəcəbov 2765 xalla əvvəlki kimi onluğu qapayır. İlk yüzlükdə daha 3 şahmatçımız qərarlaşıb. Belə ki, Nicat […]
Continue reading



