Futbol üzrə Monteneqro yığmasının Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının oyunu üçün heyəti açıqlanıb.

Elitinfo.az xəbər verir ki, heyətdə qapıçılar – Daniyel Petkoviç, Milan Miyatoviç, Miloş Draqoyeviç, müdafiəçilər – Stefan Saviç, Marko Simiç, Jarko Tomaşeviç, Adam Maruşiç, Saşa Baliç, Risto Radunoviç, İqor Vuyaçiç, Momçilo Raspopoviç, Miloş Miloviç, yarımmüdafiəçilər – Nikola Vukçeviç, Vladimir Yovoviç, Neboyşa Kosoviç, Aleksandar Şçekiç, Aleksandar Bolyeviç, Marko Bakiç, Sead Hakşabanoviç, Vukan Saviçeviç, Nikola Vuynoviç, hücumçular – Fatoş Beçiray, Stevan Yovetiç, Stefan Muqoşa və Dino İslamoviç yer alıblar.
Qeyd edək ki, Monteneqro-Azərbaycan matçı noyabrın 14-də keçiriləcək.

Azərbaycan yığması noyabrın 11-də Lyublyanada Sloveniya ilə yoldaşlıq görüşü keçirəcək. Komanda noyabrın 14-də Xorvatiyada Monteneqro ilə qarşılaşacaq. Canni De Byazinin baş məşqçi olduğu yığma Millətlər Liqasındakı son matçını noyabrın 17-də Lüksemburqa qarşı keçirəcək.