Bədii gimnastlarımız Avropa çempionatında daha bir medal qazanıblar
Noyabrın 28-də bədii gimnastika üzrə Azərbaycan millisi Kiyevdə keçirilən Avropa çempionatında daha bir medal qazanıb. Elitinfo.az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın finalda 3 halqa və 2 cüt gürz ilə kompozisiyası hakimlər tərəfindən 30.650 xalla qiymətləndirilib. Bu nəticə ilə komandamız bürünc medala layiq […]
Continue reading“Araz” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Araz” mübarizəni dayandırıb. Elitinfo.az xəbər verir ki, təmsilçimiz noyabrın 28-də ilkin mərhələ çərçivəsində Yunanıstan çempionu AEK-lə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. “Araz”ın heyətində Rizvan Fərzəliyev, İsa Atayev və Ramiz Çovdarov fərqlənib. Penalti seriyasında 4:3 hesabı ilə qalib gələn AEK növbəti mərhələyə […]
Continue reading“Neftçi” klubu səfərdə “Qəbələ”ni böyük hesabla məğlub edib
Bu gün Azərbaycan Premyer Liqasında X turun növbəti görüşü keçirilib. Elitinfo.az xəbər verir ki, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Neftçi” klubu qarşılaşıb. Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 38-ci dəqiqədə açılıb. Anton Krivotsyuk qonaqları önə keçirib. Cinah müdafiəçisi 51-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 57-ci dəqiqədə […]
Continue readingBu gün Azərbaycan Premyer Liqasının daha iki görüşü keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 görüşü keçiriləcək. Elitinfo.az xəbər verir ki, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Neftçi” arasında olacaq. Flaqman yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyununa çıxacaq. Doqquz oyundan 14 xal toplayan “ağ-qaralar” 4-cü pillədə qərarlaşıblar. Əyalət təmsilçisi isə 8 xalla 7-ci yerdədir. Komandalar indiyədək ölkə […]
Continue readingŞahmat üzrə Azərbaycan komandası onlayn paralimpiada iştirak edəcək
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə noyabrın 20-dən dekabrın 3-dək birinci onlayn paralimpiada keçiriləcək. Elitinfo.az xəbər verir ki, turnirdə Azərbaycanın 1 komandası mübarizə aparacaq. Yığmamızın heyətində Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayeva, Edvard Sərdarov yer alıblar. Fiziki məhdudiyyətli şahmatçılar arasında keçiriləcək yarışda, ümumilikdə, 45 ölkədən 61 komanda iştirak edəcək. Paralimpiada İsveçrə sistemi üzrə […]
Continue readingRüstəm Orucov Avropa çempionatının bürünc medalını qazanıb
Praqada start götürən Avropa çempionatında komandamız daha bir medal qazanıb. Elitinfo.az xəbər verir ki, 73 kiloqram çəkidə mübarizə aparan Rüstəm Orucov rəqibi isveçrəli Nils Stumpı məğlub edərək bürünc medala layiq görülüb. Qeyd edək ki, bundan əvvəl millimizin üzvü Orxan Səfərov (66 kiloqram) qızıl medala sahib olub. Azərbaycanın ümumilikdə 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın […]
Continue readingAzərbaycan cüdoçuları Avropa çempionatına hazırdırlar
Bu gün Çexiyanın paytaxtı Praqada Avropa çempionatı start götürəcək. Tamaşaçısız keçiriləcək yarış noyabrın 21-dək davam edəcək. Elitinfo.az xəbər verir ki, qitə çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar […]
Continue readingAVRO-2020-nin bütün iştirakçıları müəyyənləşib
Avropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib. Elitinfo.az xəbər verir ki, bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər. A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya C […]
Continue readingSloveniya-Azərbaycan oyununda qalib müəyyənləşməyib
Noyabrın 11-də futbol üzrə Sloveniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Elitinfo.az xəbər verir ki, Lyublyana şəhərindəki “Stojitse” stadionunda təşkil olunan matçda millimizin start heyətində meydana Emil Balayev, Anton Krivotsyuk, Maksim Medvedev, Bədavi Hüseynov, Təmkin Xəlilzadə, Amin Seydiyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Azər Salahlı, Mahir Emreli və Tellur Mütəllimov çıxıblar. Sloveniya seçməsinin ilk […]
Continue readingMatyaj Kek: Azərbaycan millisi çox yaxşı oyun nümayiş etdirdi
İlk hissəni pis keçirdik. Aqressiya çatmırdı və topa gecikirdik. Elitinfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirən Sloveniya millisinin baş məşqçisi Matyaj Kek matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis bildirib ki, Azərbaycan millisi çox yaxşı oyun nümayiş etdirdi. Komandam daha çox Yosip İliçiçi topla təmin etməyə çalışırdı. Bu […]
Continue reading


