AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir

AFFA növbəti həftədən “U-17 Kuboku” və “Gənclər Kuboku” adı altında kubok oyunları keçirməyi planlaşdırır. Elitinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mayın 7-də turnirlərin püşkatma mərasimi keçiriləcək. Tədbir saat 12:00-da başlayacaq. Yarış isə 9-10 mayda olacaq.

Continue reading

“New In Chess Classic”: Şəhriyar Məmmədyarovdan iki qələbə

  Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində həlledici mərhələnin ilk qarşılaşmaları keçirilib. Elitinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla birinci matçda qarşılaşıblar. Dörd partiyadan ibarət matçda təmsilçimiz iki qələbə qazanıb, ikisində isə məğlub olub. Çempionluq uğrunda norveçli […]

Continue reading

Millimizin Bakıda təlim-məşq toplanışı başlayıb

  Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Elitinfo.az xəbər verir ki, hazırlıq prosesində Sahib Həsənov, Aleksandr Prikrostov (hər ikisi “Keşlə”), Həsən Həsənli (“Qəbələ”), Rza Cəfərov, Mirəli Əhmədov (hər ikisi “Neftçi”), Raqif Abuşov (“Sabah”), Rəşad Həsənov (“Keşlə”), Süleyman Damadayev, Ülvi Mədətov (hər ikisi “Qəbələ”), Zahir Mirzəzadə (“Zirə”), Hüseyn Babayev, David Orucov […]

Continue reading

AFFA Superliqa ilə bağlı bəyanat yaydı: “Separatçılığı şiddətlə qınayırıq”

  “AFFA, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA-nın tənzimlədiyi bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir”. Elitinfo.az məlumatına görə, bu fikirlər […]

Continue reading

Millimiz yoxlama oyununda qalib gəlib

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Elitinfo.az AFFA-ya istinadla xəbər verir ki, “Qəbələ”nin U-19 komandası ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qalib gəlib. U-17-nin qollarını Nahid Əliyev, Sənan Ağalarov və Rüfət Abbasov vurublar.

Continue reading

“Meltvater” turniri: Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib

  Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyası çərçivəsində keçirilən “Meltvater” turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Elitinfo.az xəbər verir ki, turnirin 4-cü turunda baş tutan qarşılaşma heç-heçə başa çatıb. Qeyd edək ki, şahmatçımızın birinci turda Niderland təmsilçisi Aniş Giri, daha sonra argentinalı Alan Piçot […]

Continue reading

Onlayn şahmat turnirinin qalibləri müəyyənləşib

  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “IDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə onlayn turnir keçirilib. BŞGİBİ-dən Elitinfo.az-a bildiriblər ki, yarışın nəticələrinə əsasən, Aytac Məmmədova, Səadət Bəşirli və Şəms Fərzəli ümumi hesabda ilk üçlükdə qərarlaşıblar. U-8 yaş kateqoriyasında birinci yeri Fatimə Mirzəliyeva tutub. Əsnad Baxışzadə yarışı ikinci, Aylin Nurəhmədli isə üçüncü pillədə […]

Continue reading

Çempionlar Turu: Rəcəbov və Məmmədyarov iştirakçılar sırasında – SİYAHI

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində iştirak edəcək şahmatçıların adları açıqlanıb. Elitinfo.az xəbər verir ki, turnirdə Azərbaycanı Teymur Rəcəbov və ilk dəfə Şəhriyar Məmmədyarov təmsil edəcək. IV mərhələdə 16 şahmatçının iştirakı nəzərdə tutulub. Bunlardan 14-nün adı artıq məlumdur. Digər 2 şahmatçı isə Nils Qrandelius (İsveç), Aryan Tari (Norveç), Alan Piçot (Argentina) […]

Continue reading

Millimizin heyətində dəyişiklik olub

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Moldova yığmalarına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Elitinfo.az AFFA-ya istinadla xəbər verir ki, Rusiyanın “Zenit” klubunun üzvü Jalə Məhsimovanın əvəzinə toplanışa Lamiyə Əlizadə (8-iOEUGiM) dəvət olunub. Qeyd edək ki, İspaniya ilə qarşılaşma fevralın 18-də, Moldova […]

Continue reading

Birinci şirkətlərarası şahmat üzrə dünya çempionatı keçiriləcək

  Fevralın 19-21-də onlayn formatda birinci şirkətlərarası şahmat üzrə dünya çempionatı keçiriləcək. Elitinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında məlumat verilib. Məlumatda qeyd edilib ki, çempionatda hər birinin heyətində dörd şahmatçı olan komandalar mübarizə aparacaqlar. Komandaların üzvlərindən ən azı biri qadın şahmatçı olmalıdır. Bundan əlavə, komandada yalnız bir peşəkar oyunçunun (FIDE […]

Continue reading