Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “IDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə onlayn turnir keçirilib.

BŞGİBİ-dən Elitinfo.az-a bildiriblər ki, yarışın nəticələrinə əsasən, Aytac Məmmədova, Səadət Bəşirli və Şəms Fərzəli ümumi hesabda ilk üçlükdə qərarlaşıblar. U-8 yaş kateqoriyasında birinci yeri Fatimə Mirzəliyeva tutub. Əsnad Baxışzadə yarışı ikinci, Aylin Nurəhmədli isə üçüncü pillədə başa vurublar.

U-10 yaş kateqoriyasında Ayan Allahverdili, İnci Ələkbərli və Nuray Məmmədli ilk üçlükdə yer alıblar.
U-12 yaş kateqoriyasında Fatimə Abdullayeva, U-14 yaş kateqoriyasında Kamilla Ələsgərova, 16 yaşadək şahmatçılar arasında isə Aysel Cəfərova fərqləniblər.