Azərbaycan güləşçiləri açıq Kiyev turnirində iki medal qazanıblar
Ukraynada sərbəst və qadın güləşi üzrə açıq Kiyev turniri keçirilib. Elitinfo.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda Ukrayna, Azərbaycan, Rusiya, Moldova, Polşa, Yunanıstan və Fransa təmsilçiləri mübarizə aparıblar. Turnirdə qadınlardan ibarət yığmamızın iki üzvü çıxış edib. Tatyana Omelçenko (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. T.Omelçenko bu dəfə […]
Continue readingAyxan Abbasov: Sonadək mübarizə aparmağımızdan razı qaldım
Döyüş bölgəsində olan əsgərlərimizə uğurlar arzu edirik. Həqiqətən də bu gün futbol bizim üçün ikinci plandadır. Son günlərdə baş verən Gəncə hadisəsi də bizi çox üzdü. Komandamı bu hadisələrin fonunda oyuna hazırlamaq çətin idi. Elitinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt” futbol klubunun baş məşqçisi Ayxan Abbasov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer […]
Continue reading“Sumqayıt” “Zirə”yə qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib. “Kapital Bank Arena”da “Sumqayıt” “Zirə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Elitinfo.az xəbər verir ki, komandalar Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktının qurbanlarına mənəvi dəstək olaraq meydana həmin şəhərin təmsilçisi “Kəpəz”in formaları ilə çıxıblar. Tribunalarda Azərbaycan bayraqları dalğalanıb. […]
Continue reading“Qarabağ” klubu “Qəbələ”ni məğlub edib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib. Elitinfo.az xəbər verir ki, “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Komandalar matça birgə pankartla çıxıblar. Pankart üzərində “Əmrinizdəyik, Cənab Ali Baş Komandan” yazılıb. Futbolçular isə üzərində şəhid general Polad Həşimov və Gəncə terrorunda xəsarət almış 5 yaşlı Ömərin birgə fotosu və […]
Continue readingAzərbaycan güləşçisi qızıl medalını ordumuza dəstək məqsədilə hərraca çıxarır
Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı və vətənpərvər təşəbbüslə çıxış edib. Elitinfo.az xəbər verir ki, millimizin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində qazandığı qızıl medalı hərraca çıxarmağa hazırlaşdığını deyib: “Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum. Doqquz […]
Continue reading“Bakı Şəhər Halqası” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub
Formula 1 yarışlarının Azərbaycanda təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ordumuz tərəfindən həyata keçirilən uğurlu tədbirlərə dəstək kampaniyasına qoşulub. BŞH-dən Elitinfo.az-a bildiriblər ki, şirkətin əməkdaşları könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüblər. Şirkət ölkənin müdafiəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda […]
Continue reading“Marafon” idman klubu Silahlı Qüvvələrə dəstək olub
“Marafon” idman klubu Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Elitinfo.az xəbər verir ki, klub Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik nümayiş etdirərək min manat məbləğində yardım edib. Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir. “Marafon”dan bildirilib ki, […]
Continue reading“Qarabağ” – “Qəbələ” matçının hakimləri müəyyənləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyununun təyinatları müəyyənləşib. Elitinfo.az xəbər verir ki, “Qarabağ” – “Qəbələ” matçı Rəşad Əhmədova, “Səbail” – “Keşlə” görüşü isə Səbuhi Bayramova tapşırılıb. Azərbaycan Premyer Liqası 17 oktyabr 14:00. “Səbail” – “Keşlə” Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov Hakim-inspektor: İmanxan Sultani Affa nümayəndəsi: Əsgər Əmirəliyev […]
Continue readingFransanın “Olimpik” klubunun 7 üzvü koronavirusa yoluxub
Fransanın “Olimpik” (Lion) klubunun 7 üzvü koronavirusa yoluxub. Elitinfo.az xəbər verir ki, bu barədə “Only Gones” portalı məlumat yayıb. Virusa yoluxanların adları açıqlanmayıb. Lion klubunun bu səbəbdən hətta milli komandaların düşərgələrində olan bəzi futbolçularını geri çağırdığı da bildirilir.
Continue readingMillimiz Bakıda təlim-məşq toplanışında iştirak edir
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qadın futbolçulardan ibarət Azərbaycan millisi Polşa və Çexiya yığmaları ilə qarşılaşacaq. Elitinfo.az AFFA-ya istinadla xəbər verir ki, oyunlara hazırlıq məqsədilə millimiz Bakıda təlim-məşq toplanışı keçirir. Təlim-məşq toplanışı oktyabrın 20-dək davam edəcək. Qeyd edək ki, millimiz oktyabrın 23-də Polşa, dörd gün sonra isə Çexiya yığmaları ilə qarşılaşacaq.
Continue reading









