Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyununun təyinatları müəyyənləşib.
Elitinfo.az xəbər verir ki, “Qarabağ” – “Qəbələ” matçı Rəşad Əhmədova, “Səbail” – “Keşlə” görüşü isə Səbuhi Bayramova tapşırılıb.
Azərbaycan Premyer Liqası
17 oktyabr
14:00. “Səbail” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
Affa nümayəndəsi: Əsgər Əmirəliyev
“ASCO Arena”
16:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev
Hakim-inspektor: Ömər Paşayev
Affa nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”