Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qadın futbolçulardan ibarət Azərbaycan millisi Polşa və Çexiya yığmaları ilə qarşılaşacaq.

Elitinfo.az AFFA-ya istinadla xəbər verir ki, oyunlara hazırlıq məqsədilə millimiz Bakıda təlim-məşq toplanışı keçirir. Təlim-məşq toplanışı oktyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, millimiz oktyabrın 23-də Polşa, dörd gün sonra isə Çexiya yığmaları ilə qarşılaşacaq.