Azərbaycanda koronavirusa görə iki yeni xidmət istifadəyə verildi
Elitinfo.az Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin iki yeni xidmət – psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib. Agentlikdən bildirilib ki, psixoloji dəstək xətti 3 istiqamətdə fəaliyyət göstərəcək. Bunlar aşağıdakılardır: – Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn […]
Continue readingNəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər cərimələnib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 26-sı saat 00:00-dan aprelin 27-si saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb. İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 26-sı […]
Continue readingSabah Ramazan ayı başlayır
Sabah Azərbaycanda Ramazan ayı başlayır. Elitinfo.az xəbər verir ki, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib. Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i […]
Continue readingDSX: Üç sərhəd pozucusu İrandan Azərbaycana keçməyə cəhd edib
Elitinfo.az Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, aprelin 22-də saat 15:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan […]
Continue readingİnsan alveri qurbanı olan şəxslərdən dövlət rüsumu tutulmayacaq
Elitinfo.az Xarici ölkələrdən ekstradisiya edilən, insan alveri qurbanı olan şəxslərə ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun tutulmaması təklif edilir. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə qanunun 17.7-ci bəndi yeni redaksiyada verilir: Yeni redaksiyaya əsasən diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim […]
Continue readingAzərbaycanın 550-ə yaxın vətəndaşı vətənə qayıtdı
Elitinfo.az Azərbaycan və Rusiya arasındakı anlaşmaya əsasən, COVID-19 səbəbi ilə qonşu ölkədə qalan Azərbaycan vətəndaşlarının vətənə dönüşü təşkil edilib. Bu barədə TASS-a Dağıstanın Məhəmmədkənd rayonunun administrasiyasından məlumat verilib. Məlumata görə, “Yaraq-Qazmalar” (Rusiya) – “Samur” (Azərbaycan) buraxılış məntəqələri ərazisində yaradılmış xüsusi “dəhliz”dən 548 Azərbaycan vətəndaşı keçərək vətənə dönüb. “Bunlar koronavirus səbəbi ilə Rusiyadan ayrıla bilməyən və aprelin əvvəlindən […]
Continue readingÖlkəmizdə daha 44 nəfərdə koronavirus aşkarlandı
Elitinfo.az Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 74 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 865 nəfər […]
Continue readingKarantin rejiminin pozulmasına qarşı tədbirlər yol polisi tərəfindən də davam etdirilir
Elitinfo.az Koronavirus pandemiyası səbəbindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri yol polisi əməkdaşları tərəfindən də davam etdirilir. Tədbirlər çərçivəsində DYP əməkdaşları tərəfindən paytaxtda və rayonların ərazisində qurulan müvəqqəti postlarda sürücülər saxlanılır, onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb olunur. Paytaxtın müxtəlif yollarında qurulan postlarda polis əməkdaşları ölkəmizdə koronavirus […]
Continue reading“Qazax” Xeyriyyə İctimai Birliyi Qazaxda aztəminatlı ailələrə dəstək oldu
Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Qazaxda başlatdığı xeyriyyə kampaniyasına qoşulanların sayı getdikcə artır. Elitinfo.az xəbər verir ki, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, […]
Continue readingYer kürəsinə daha bir komet yaxınlaşır
May ayında Yerə yaxınlaşma ehtimalı olan yeni komet aşkar edilib. Elitinfo.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Comet C /2020 F8 (SWAN)” indeksini almış komet bu ilin aprel ayından gələn ilin mart ayına qədər olan dövrdə Günəş sistemindən keçəcək. Kometin mayın 27-də Günəşə ən yaxın nöqtəyə çatacağı və onun yanından 64,4 milyon kilometr məsafədə keçəcəyi gözlənilir. Bundan iki […]
Continue reading









