Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası başlayıb.

 “Sosial-İqtisadi və Ekoloji İnkişaf “ İcimai Birliyinin sədri Rahilə Mehtiyeva  bildirib ki, ” bu  gündən biz də təşkilat olaraq ,QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV –nin  “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasınına qoşularaq  dəstəkləyirik.

Eyni zamanda bilirsiniz ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev  ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün bəzi  layihələrin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib.

Biz  QHT-lər tərəfindən bu təklif müsbət qarşılanaraq bir çox  sayda təşkilat da könüllü olaraq, öz layihələrinin də mövzularını dəyişərək bu işə öz  töhfələrini  verməyi qərarlaşdırıb.

“Sosial-İqtisadi və Ekoloji İnkişaf “ İcimai Birliyi də  Şuranın sədri Azay Quliyevin bu  çağrışına qoşularq, 2020-ci il qrant müsabiqəsində qalib gələn layihəmizi koronavirusla mübarizə istiqamətinə dəyişdirməyi qərara aldıq.”

#QHTShurasi, #RealTV, #Evdeqal