Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Asiya İnkişaf Bankının 1 saylı əməliyyatlar üzrə vitse-prezidenti Vençay Janqı qəbul edib.
Continue reading“Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır” – Əli Həsənov
Hər bir dövlətin dialoqa olan münasibəti onun daxilindən başlayır. Elitinfo.az- ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Türkiyənin Kayseri şəhərinin Erciyez Universitetində keçirilən konfransda deyib. Əli Həsənov bildirib ki, Azərbaycan multikultural dəyərləri öz dövlət siyasətimizin təməl prinsiplərindən, əsas istiqamətlərindən biri kimi elan edib və ölkədə azərbaycanlı olmayan […]
Continue readingTürkiyədəki meqalayihəmiz açıldı – Ərdoğan və İlham Əliyevin iştirakı ilə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) açılış mərasimi keçirilir. “Elit İA” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, SOCAR prezidenti Rövnəq Abdullayev, hər iki ölkənin dövlət və hökumət rəsmiləri iştirak edir. İzmir şəhərində STAR neft emalı […]
Continue readingNazirlər Kabinetinin növbəti iclası keçirilib – FOTOLAR
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planına” uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.Trend-in məlumatına görə, iclasda “Peşə təhsili müəssisələri şəbəkəsinin təşkili, idarə edilməsi və maliyyələşdirilməsinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün mövcud vəziyyət və qarşıda duran problemlər” və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata […]
Continue readingMehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb – FOTOLAR
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb. “Report” xəbər verir ki, görüş Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonunda keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatini Bakıda görməkdən şad olduğunu […]
Continue readingİlham Əliyev fərman imzaladı – İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bu barədə Prezidentin […]
Continue readingAzərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən “Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018″də iştirak edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z. Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, […]
Continue readingErmənistan prezidenti hökumətin istefasını qəbul edib
Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. “Ermənistan hökumətinin istefası qəbul olundu”, – deyə prezidentin saytına yerləşdirilən fərmanda qeyd olunub. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılmasından ötrü rəsmi səbəb yaratmaq üçün öz postunu tərk edib. Bununla belə […]
Continue reading“Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq” – Oqtay Əsədov
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.“Report” xəbər verir ki, iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirə üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb. Belə ki, səsvermədə 79 deputat iştirak edib. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, səsvermə zamanı diqqətli olmaq lazımdır: […]
Continue reading










