Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan hökumətinin istefası qəbul olundu”, – deyə prezidentin saytına yerləşdirilən fərmanda qeyd olunub.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılmasından ötrü rəsmi səbəb yaratmaq üçün öz postunu tərk edib. Bununla belə o, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini davam etdirəcək.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16