Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) açılış mərasimi keçirilir. Elit İA” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, SOCAR prezidenti Rövnəq Abdullayev, hər iki ölkənin dövlət və hökumət rəsmiləri iştirak edir.

İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə terrasdan zavodun ərazisinə baxıblar.

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

1Xatırladaq ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

socar-star-rafinerisi-aciliyor-1539954816

Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

thumbs_b_c_30df47bababdc5e4d0ace05c654a1d88

3

____


Bu gün Türkiyədə “Star” Neft Emalı Zavodunun açılış mərasimi keçirilir. Bu münasibətlə keçiriləcək mərasimdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirak edəcəyi gözlənilir.

Elit İnformasiya Agentliyi  xəbər verir ki,, zavod yüz faiz Azərbaycan kapitalı ilə inşa olunub və SOCAR-a məxsusdur. Azərbaycanın Türkiyədəki ən böyük yatırımı olan zavodun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub. Beləliklə, prezident İlham Əliyevin daha bir meqa-layihəsi bu gün işə düşür.
“STAR” Neft Emalı Zavodu Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilməklə İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəməyə yönəlib. Zavodun iri neft-kimya kompleksi olan “Petkim”in yaxınlığında tikilməsi şaquli istiqamətdə inteqrasiya yaratmaqla yüksək səmərəliliyə səbəb olacaq.

Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edir. Zavodun əsas xammal tədarükçüsü kimi SOCAR çıxış edəcək. Zavodun istehsal edəcəyi təqribən 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığını azaldacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaq. Burada ildə 4,7 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 milyon ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Müəssisədə əsasən “Ural”, “Azeri Light” və “Kərkük” neft növləri emal ediləcək.

Müəssisə artıq 2019-cu ildən etibarən tam gücü ilə fəaliyyətə başlamağı planlaşdırır. Zavodda 1100 nəfər daimi işlə təmin olunacaq.

SOCAR prezidenti Rövnəq Abdullayevin dediyinə görə, zavod istifadəyə verildikdən sonra ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 milyon dollardan çox gəlir gətirəcək. Onun sözlərinə görə, növbəti 10 il ərzində isə müəssisə hər il 600 milyon dollardan çox gəlir gətirəcək.

Zavodun inşasını maliyyələşdirmək üçün SOCAR xarici maliyyələşmə konsorsiumundan 2,9 milyard dollar dəyərində kredit alıb. Bu maliyyələşmə müqaviləsi dəfələrlə dünyanın nüfuzlu mərkəzləri tərəfindən ən uğurlu belə sənəd adına layiq görülüb.

Məlumata görə, illik 10 milyon ton xam neft emal etmək gücünə malik zavod bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək açılış mərasimi ilə fəaliyyətə başlayacaq.

“Star” Türkiyədə ilk dəfə Strateji Təşviq sənədi alan şirkət kimi tarixə düşüb. Zavod Türkiyənin hər il neft məhsulları idxalından 1.5 milyard dollar qənaət etməsinə zəmin yaradacaq.

İnşaatında 3 mindən artıq mühəndis, 14 ölkədən 19 min 500 işçinin çalışdığı zavod fəaliyyətə başladıqdan sonra 1100 nəfəri işlə təmin edəcək.