“Azərbaycan müstəüqiliyini əldə etdiyi gündən,ölkədə strateji inkişaf proqramı bütün sahələri əhatə edir. Bütün sahələrdə olduğu kimi Daxili İşlər Nazirliyinin tərkibində 2004-cü ildə Cənab Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən “İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi” yaradıldı.İnsan alveri, insan köləliyinin müasir formasıdır ki,bundan müxtəlif istiqamətlətdə istifadə olunur”.

Bu fikirləri  Elitinfo.az-a İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası “Gənclərin Həmrəyliyi” İB-nin icraçı direktoru Zülfiyyə Nuriyeva deyib.

Onun sözlərinə görə, orqan ticarəti,əməyə məcburi cəlb edilmə,cinsi istismar,narkotiklərin yayılmasında,uşaq alveri kimi insan həyatına və taleyihə mənfi təsirli ticarətin mövcudluğu müstəqil Azərbaycandanda yan keçməmişdir: “İnsan faktoru ölkəmiz və ölkə başçısı üçün hər zaman yüksək qiymətləndirilib. “İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi”bu istiqamətdə böyük uğurlara imza atib və davam edir. Azərbaycan Dövləti bu istiqaməti ciddi nəzarətə götürərək,insan talehlərinin faciəvi sonluğunun qarşısını qətiyyətlə alir. Dövlətimiz dünyanın faciəsi olan İnsan Alverinə qarşı kəskin mebarizə aparır. Bunun baris nümunəsi İnsan Alveri qurbanlarını ictimayi qınaqdan,onların cəmiyyətə sağlam və təhlükəsiz qayıtması üçün fəaliyyət göstərən reablitasiya mərkəzlərinin uğurlu fəaliyyətidir. Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi,bu sahədədə uğur qazanır. İnsan alverinə qarşı mübarizə sahəsində Vətəndaş Cəmiyyəti ilə qurulan uğurlu əməkdaşlığa görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edirik”.