Ukraynada peşəkar kadr böhranı var, bir sıra vəzifələrə kadrlar tapa bilmirik.

Elitinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bu fikri fəaliyyətinin bir illiyinə həsr edilən mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.

Prezidentin sözlərinə görə, hazırda Ukraynanın Mədəniyyət, Təhsil və Enerji nazirləri vəzifələri boşdur. “Onların yerinə kadr tapmaqda çətinlik çəkirik”, – deyə V.Zelenski əlavə edib.

Dövlət başçısı qeyd edib ki, hökumət ölkədə kadr böhranının həlli üçün müvafiq tədbirləri görür.