Misirdə son sutka ərzində koronavirusa rekord sayda – 535 yoluxma halı qeydə alınıb.

Elitinfo.az xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 12 min 764 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın18-də COVID-19 virusundan 15 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 645 nəfərə çatdığı bildirilib. Misirdə daha bir jurnalist koronavirusdan vəfat edib. Mətbuat Şurasının üzvü Ələddin Əl-Səid xəstəxanada vəfat edən ikinci media nümayəndəsidir.

Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 268 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 3440 xəstə tam müalicə olunub.