Azərbaycan koronavirusla mübarizədə bir sıra ölkələrə maddi və humanitar yardımlar göstərib və bu yardımlar davam edir.

Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan Macarıstan, Pakistan, Bosniya və Herseqovina, Tacikistan, Qırğızıstan və digər ölkələrə maddi və humanitar yardımlar göstərib. Hazırda Serbiyaya və fələstinli qaçqınlara da yardımların göstərilməsi istiqamətində işlər aparılır. Bütün bunlar Azərbaycanın koronavirusla mübarizəyə beynəlxalq səviyyədə göstərdiyi mühüm dəstəkdir.