“Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq” – Eldar Əzizov

“Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır”.

Elitinfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: “Heykəltaraşlar işləyir,  Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlinin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq”.