Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 539 nəfər artıb.

Elitinfo.az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 30 615 nəfərə çatıb.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 5 614 nəfər artaraq 206 715 nəfərə yüksəlib.