Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvadan Bakıya bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən plana uyğun həyata keçirir.