Məşhur ulduz Hilari Daff ikinci dəfə ana olub. Onun qızı dünyaya gəlib. Elitinfo.az xəbər verir ki, 31 yaşlı aktrisa əri Mettyu Komla və övladı ilə fotosunu sosial şəbəkədə paylaşıb.
“Benks Vayolet Beir… Bu uşaq bizim ürəyimizi oğurladı. Dünyaya yenicə gəldi, əsl möcüzədir” deyə, Daff paylaşımında qeyd edib.
Qeyd edək ki, Hilarinin ikinci dəfə hamilə olma xəbəri yayın əvvəlində mediada yayılmışdı.