Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Gəncədə şəhər əhəmiyyətli küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin (DIN ) xüsusi avtonəqliyyat vasitələri cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, şəxsi heyət küçələrin dezinfeksiya olunması işlərində də yaxından iştirak edir.