• Ana Səhifə
  • Siyasət
  • İqtisadiyyat
  • Ölkə
  • Cəmiyyət
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Haqqımızda
    • Reklam
    • Bizimlə əlaqə
Goranboy rayonunda bu kəndlərin yolu yenidən qurulur

01 May 2020 | 7708 dəfə oxundu


Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib. 31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi 2 istiqamət üzrə aparılır – cəbhəyanı yaşayış məntəqəsi olan Tap Qaraqoyunlu kəndinə qədər və Xan Qərvənd kəndini əhatə edən istiqamət.Elitinfo.az  bildirir ki, bu istiqamətlər üzrə yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Çünki yolların bu cür vəziyyətdə olması yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol dövlət başçısının tapşırığı ilə respublikada bu il təmir və tikintisinə ehtiyac olan yolların siyahısına daxil edilərək burda təxirəsalınmaz tədbirlərin icrasına start verildi.

Qeyd edilən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur.  Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılır.

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidiləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.

Yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

 

Cavabı ləğv etmək üçün tıklayın.

◂ İlham Əliyev: “Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq”
“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 100-cü kitabı çapdan çıxıb ▸
Tweet
  • Siyasət

    • Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
  • Mədəniyyət

    • “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib
  • Xəbər lenti

    • Ramazanın 8-ci gününün duası – İftar və imsak vaxtları
      25 Fevral 2026 23:44
    • Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
      25 Fevral 2026 23:39
    • Auditorlar Palatasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
      25 Fevral 2026 22:50
    • “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib
      25 Fevral 2026 22:43
    • Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
      25 Fevral 2026 22:18
    • Hakan Baltanın oğlu “Fənərbağça”ya keçib
      25 Fevral 2026 21:38
    • Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
      25 Fevral 2026 21:31
    • Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
      25 Fevral 2026 21:23
    • AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq görüşü keçirilib
      25 Fevral 2026 21:19
    • Zəngilan rayonunun Ağalı kəndi daha 58 sakinini qoynuna alıb
      25 İyul 2022 21:09
    • İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının Direktorlar Şurasının 34-cü iclası Azərbaycanda keçiriləcək
      18 İyul 2022 15:13
    • Azərbaycan və Almaniya alüminium istehsalı üzrə birgə müəssisə yaradır
      18 İyul 2022 15:02
    • Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
      18 İyul 2022 15:00
    • Prezident İlham Əliyev sərəncam imzaladı
      18 İyul 2022 14:58
    • “Veysəloğlu Distribusiya” şirkətinə yeni rəhbər təyin edilib
      18 İyul 2022 14:05
    • Türkiyənin ailə və sosial xidmətlər naziri Azərbaycana səfər edəcək
      18 İyul 2022 13:52
    • Nazirlik: 7 saylı “ASAN xidmət” mərkəzində də təhsil xidmətləri göstəriləcək
      06 İyun 2022 11:43
    • Ağalı kəndi  yüksək  təfəkkürün  ideyası
      02 İyun 2022 09:03
    • Prezident İlham Əliyev: Azərbaycan sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır
      02 İyun 2022 08:47
    • Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib
      02 İyun 2022 08:45
    • Saytın əvvəlki versiyası

      Daxil ol
    © 2015
    Elitinfo.az Elit İnformasiya Agentliyi